KİÇİK AKADEMİYA VƏ GƏLƏCƏYİN ALİMLƏRİ LAYİHƏSİNİN TƏQDİMATI

7 dekabr 2016-cı il tarixdə məktəbimizdə Kiçik Akademiya adı altında Gələcəyin alimləri layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihəsi sektorunun məshətçisi Sevinc Əzimova,ictimai əlaqələr sektorunun məsləhətçisi Şəhanə Ələkbərova,ümumtəhsil sektorunun məsləhətçisi Allahverdi Mirzəyev,Gələcəyin alimləri lahiyəsinin əməkdaşları Mehparə xanım,Afiq müəllim,bəzi məktəb direktorları,məktəbin bir qrup müəllim və valideyn kollektivi,layihə rəhbərləri və layihə olaraq öz işlərin təqdim edən 14 şagird iştirak edirdi.Məktəbimizin direktoru Rövşən Qasımov ilk öncə gələn bütün qonaqları salamladı.O, bildirdi ki,Akademiyamız 2015-ci il dekabr ayından fəaliyyət göstərir.Akademiyanın 1(bir) illk fəaliyyəti dövründə 30-a yaxın uşaqların bacarıqları üzə çıxarılmışdır.Onların təqdim etdiyi işlər tibb,hərbi,ikt, ekologiya,məntiqi riyaziyyat elimlərini əhatə edir. Akademiyada iştirak edən uşaqlar bir il bundan öncə 7-8-ci sinif şagirdləri idisə,indi həmin uşaqlar hal-hazırda 8-9-cu siniflərdə təhsil alırlar. Akademiyanın məqsədi uşaqların qarşıdan gələn müsabiqələrdə uğurlu çıxışı və qaliblər sırasında olmasıdır: Gələcəkdə Eynşteyn,Darvin,Nyuton,Paskal,Arximed,Lütvüzadə kimi ixtiraçı alimlərin yolunu davam etdirərək,ölkəyə layiqli vətəndaşlar bəxş etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi