PEDAQOJİ ŞURA İCLASINDA KİÇİK AKADEMİYA İLƏ BAĞLI TAPŞIRIQLAR

29 Yanvar tarixində məktəbimizdə Pedoqoji Şura keçirilmişdir. Pedoqoji Şuranı direktor çıxış sözləri ilə başlamışdır. Pedaqoji Şurada yarımilin yekun hesabatları dinlənilmişdir. Direktor müavinləri və fənn metod birləşmələrin hesabatları dinlənilmişdir. Hər bir fənn metodbirləşməsinə direktor tərəfindən II yarımildə görüləcək işlər ilə bağlı xüsusi tapşırıqlar verilmişdir. Pedaqoji Şurada II yarımil ərzində 2,3,4-cü siniflərdən keçirilən imla yazı işləri, 5,6,7,8 – ci siniflərdə keçirilən inşa yazı işlərinin, 9,10,11- ci siniflərdə Riyaziyyat,Azərbaycan dili və Ədəbiyyat,Tarix və Coğrafiya fənnlərindən keçirilən monitorinqlərin nəticəsi müzakirə olunmuşdur.Həmin müzakirələrdən sonra məktəb direktoru bütün fənn müəllimlərinin qarşısına fənnin tədrisi vəziyyətinin yaxşılaşdırılmasına, şagird bacarıqlarının inkişaf etdirilməsinə və eyni zamanda istedadlı şagirdlərin üzə çıxarılmasına dair bir çox tapşırıqlar vermişdir. Məktəbdə Kiçik Akademiyanın fəaliyyəti ilə bağlı bacarıqlı və istedadlı şagirdlərin təqdim etdiyi işlər ilə bağlı müzakirələr də öz əksini tapmışdır. Fənn olimpiyadasının rayon turunda iştirak edən məktəbimizin 15 (on beş)şagirddən ikisinin Respublika mərhələsinin yarım final mərhələsinə keçməsi də məktəbin uğurlu nəaliyyəti hesab olunmuşdur.Direktor bildirmişdir ki, gələcəkdə bu sahədə olan bacarıqları daha da gücləndirsək Respublika mərhələsində iştirak edən şagirdlərimizin sayı bir qədər də coxala bilər. Eyni zamanda məktəbimizin direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fevral ayının 1-dən etibarən müəllimlərin və bütün təhsil işçilərinin əmək haqqının 10% artırılmasını bildirmişdir. Prezidentin bu sərəncamına görə bütün müəllim kollektivi adından Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi