İbrahim MəmmədliMəktəbimizin 3 "C" sinif şagirdi İbrahim Məmmədli, 2016-cı il təvəllüdlü olmasına baxmayaraq istedadı ilə seçilərək “Qarabağ” futbol klubunun 2015-ci il təvəllüdlü şagirdlər ilə keçirilən seçmə turuna dəvət olunmuş və komandaya qəbul edilmişdi.
Hazırda “Qarabağ” futbol klubunun tərkibində çıxış edən şagirdimiz klubun etimadını doğruldaraq Avstriyada keçirilən beynəlxalq turnirə də dəvət almışdır. Turnirdə böyük uğurlara imza ataraq Avropanın 6 komandası arasında yüksək nəticələr göstərmiş, komandası ilə birlikdə qrup mərhələsini lider olaraq tamamlamışdır. Ümumi sıralamada 21-ci yeri tutmuşdur ki, bu da Avropa miqyasında çox uğurlu nəticə hesab olunur.
İbrahim Məmmədlini qazandığı bu uğura görə təbrik edir, gələcək karyerasında ona yeni nailiyyətlər arzulayırıq!
İlin ən yaxşı qapıçısıMəktəbimizin 10 "D" sinif şagirdi Əzizov Nurəziz, Neftçi PFK komandasının üzvü olaraq ilin ən yaxşı qapıçısı seçilib!
Səni bu böyük nailiyyət münasibətilə təbrik edirik! Uğurların bol olsun, Nurəziz!
28 May – Müstəqillik GünüBakı şəhəri N. Əliyev adına 282 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş, VIII sinifdə təhsil alan qızlardan ibarət komandalar arasında keçirilən voleybol yarışında məktəbimizin voleybol komandası 2-ci yerə layiq görülüb.
Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.