Elmi seminar

   279 nömrəli tam orta məktəb öz yenilikçiliyi ilə daim seçilir. 20 noyabr tarixində keçirilən elmi seminar isə bu yenilikçiliyin əyani sübutudur. Belə ki, "Muasir təhsil konsepsiyalarının fəlsəfəsi" mövsusunda təşkil olunmuş seminarda iştirak edən fəxri qonaqlar öz məruzələri ilə dinləyənlərin diqqətinə və təqdirinə layiq olublar.  Azərbaycan Təhsil Şurasının sədri, Azərbaycan Respublikasının Təhsil Nazirinin yanında ictimai idarəçilik şurasının üzvü, BDU-nun sosiologiya və psixologiya fakultəsinin dekanı, professor, elmlər doktoru Hikmət Əlizadə, Təhsil İnstitunun şöbə müdiri, elmlər  doktoru, professor Piralı Əliyev, Beynəlxalq dərəcəli hakim, doktorant, fəlsəfə doktoru, dossent Hicran Şərifov seminarda iştirak edərək maarifləndirici şöhbət aparıblar. Onlar öz təcrübələrini bölüşərək seminarı olduqca yaddaqalan ediblər. Sonda direktor Südabə Abdullayeva seminarda iştirak edən, elmə, biliyə, yenilikçiliyə, zaman ayıran seminar iştirakçılarına öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi