279 nömrəli tam orta məktəbdə Novruz şənliyi qeyd olundu.

279 nömrəli tam orta məktəbdə Novruz şənliyi qeyd olundu.
Məktəbdə Novruz bayramına həsr olunmuş möhtəşəm şənlik keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak etdilər.
Bayram münasibətilə məktəb həyətində şənlik təşkil olundu. Şagirdlər milli geyimlərdə yallı gedərək bayramın ab-havasını daha da canlandırdılar.
Şagirdlər Novruza həsr olunmuş şeirlər söylədilər, səhnəciklər təqdim etdilər, haxıştalar və milli musiqilər səsləndi. Məktəb rəhbərliyi bayram münasibətilə bütün iştirakçıları təbrik edərək, Novruzun bolluq, ruzi və xoşbəxtlik gətirməsini arzuladı.
Tədbir hər kəsin yaddaşında xoş xatirələrlə iz buraxdı.