"Sinifdən Liderliyə: Tədrisdə İnnovativ Yanaşmalar" və "Fəal İnteraktiv Təlimin Fəlsəfəsi"

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın təşkilatçılığı ilə 279 nömrəli tam orta məktəbdə "Sinifdən Liderliyə: Tədrisdə İnnovativ Yanaşmalar" və "Fəal İnteraktiv Təlimin Fəlsəfəsi" adlı maarifləndirici və praktik təlim keçirildi.

Tədbirdə Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın katibi Günay Əkbərova iştirak etdi.

Təlim zamanı innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagirdlərin motivasiyası, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi və təlim prosesində texnologiyaların rolu kimi mövzular ətrafında geniş müzakirələr aparıldı.

Təlim zamanı müəllimlərin sualları cavablandırıldı, qarşılıqlı fikir və təcrübə paylaşımı edildi

Təlimin sonunda iştirak edən müəllimlərə sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi