Kopernik Olimpiada təşkilatı ABŞ-da yerləşir, missiyası tələbələrin elmi işlərə marağını artırmaqdır. Tələbələr üçün dinamik platforma olan Kopernik Olimpiada platforması dünya səviyyəli olimpiada yarışlarını təşkil edir və onlara ev sahibliyi edir. Dünyanın hər yerindən yüzlərlə tələbə beynəlxalq yarışlara dəvət olunur. Bu il Kopernik olimpiadasında 11-ci sinif şagirdi Məmmədova Qəndab məktəbini layiqincə təmsil etmiş və 1-ci yerə (qızıl medala) layiq görülmüşdür. Bununla o, Amerikada keçiriləcək beynəlxalq raundda Azərbaycanı təmsil etməyə haqq qazanmışdır.
"Alpaqut" idman yarışlarında uğurlu çıxışlarına görə 7 "A" sinif şagirdi Bədəlov Sənan bürünc medala layiq görülüb.Yaradıcısı Vasif Namazov olan Alpaqut federasiyasının təşkil etdiyi yarışlara indiyədək dünya üzrə 740 nəfər azyaşlı qatılmışdır. Onlardan 18 nəfərinin bizim respublikadan olması qürurvericidir. Onu da qeyd edək ki, bu yarışlarda idmançılarımız respublikamıza 4 qızıl medal qazandırmışlar.