MUN- bu il Azerbaycandan sadece 3 neferin istirak etdiyi konfrans MUN'un bir qolu AYIMUN idi. Burda da bütün ölkə vətəndaşları iştirak ede biler amma teskilatcilar Asiyanin inkisaf etmis ölkeleri olur adeten bu sebebden - " Asia Youth International Model United Nations " adlanır. Bu il AYIMUN-da 36 ölkə iştirak etmişdi keçiren ölke ise Indoneziya idi. Bu yarışda iştirak edən 11"A" sinif şagirdimiz Məmmədov Qəndab konsulu - UNESCO, konfransda təmsil etdiyi ölkə Yaponiya olmuşdur.
Çıxış etdiyi mövzu "Rəqəmsal dövrdə uşaqlar üçün təhsilin keyfiyyətinin yüksəldilməsi" olmuşdur.
Məktəbin 9-cu sinif şagirdi Qədimli Leyla Rövşən qızı 6 yaşından rəqslə və aktrisalıqla məşğuldur. Azərbaycanı bir çox xarici ölkələrdə (Almaniya, Çexiya, Gürcüstan, Rusiya və.s.) keçirilən müsabiqələrdə təmsil edib. Bu müsabiqələrdən diplomlar, bir sıra mükafatlarla Azərbaycana geri dönüb. 2019-cu il 6 dekabr tarixində Moskvada keçirilən "Золото Нации" festivalında "Sarı Gəlin" rəqsini ifa etmiş və digər ölkələrin müsabiqəyə qatılmış iştirakçılarından önə keçərək 1-ci yerə layiq görülmüşdür. Bu il isə Stokholmda keçirilən "Amberstar" festivalında "Dədə Qorqud" eposunun əsas rolunu ifa edərək Qran-pri mükafatına layiq görülüb.