Fevralın 25- də Bakı Ali Neft Məktəbində Global Olympic Center tərəfindən keçirilmiş ABŞ- ın FİSO ingilis dili olimpiadasının mükafatlandırma mərasimi keçirildi. 26 ölkənin qatılmış olduğu olimpiadada 7 ”A”sinif şagirdi Aylin Babayeva 91,5 faiz nəticə göstərdiyi üçun gümüş medalla təltif edildi.
Məktəbimizin 3-cü sinif şagirdi Nağıyeva Xədicə gimnastika sahəsindəki uğurlarına görə hər birimizi sevindirdi. Belə ki, o, Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi 13 ölkə, 250 gimnast arasında təmsil edərək 6-ci yerə layiq görülüb.