Görkəmli oftalmoloq-alim yad edildi

Sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanlar zaman keçsə də həmişə xatırlanır. Belə insanlardan biri görkəmli oftalmoloq alim, gözəl insan, mehriban ana, sədaqətli həyat yoldaşı olan Zərifə xanım Əliyevadır. Bu gün məktəbdə Zərifə Əliyevanın 102 illiyi ilə əlaqədar təşkilat saatı keçirildi. 4_C sinif şagirdləri Zərifə Əliyevanın həyat və yaradıcılığı, elmi fəaliyyəti haqqında məlumat verdilər.