23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Kitab günü ilə əlaqədar məktəbdə müxtəlif tədbirlər keçirildi. Məktəbimizin 5_C sinif şagirdləri kitab sərgisində iştirak etdilər, orada yazıçılarla və yeni nəşrlərlə tanış oldular. Məktəbin kitabxana müdiri Ağayeva Bənövşə şagirdlərə məlumat xarakterli kitabxana dərsi keçirtdi. Dərs zamanı şagirdlər kitabxana fonduna daxil olaraq yeni və şəkilli kitablarla tanış oldular.