“Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ndə məktəbin uğuru

Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”nin fərdi kateqoriyasının qalibi olan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Adnayevanın "Biz birlikdə kiberbullinqə qarşı" layihəsi çərçivəsində görülən işlərin yekun tədbiri keçirildi. Layihə rəhbəri görülən işlər barədə məlumat verdi. Eyni zamanda ekspertlərin və təlim iştirakçılarının çıxışları izlənildi. Tədbirin bədii hissəsi yekunlaşandan sonra videotəqdimat müsabiqəsinin qalibi 285 nömrəli məktəbin şagirdi İnci və təlimlərdə iştirak edənlər sertifikatlarla mükafatlandırıldılar.