12 Aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü

Məktəbin kitabxanasında 12 Aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib. Kitabxanaçı Bənövşə Ağayeva şagirdlərə bu günün təsis olunması barədə məlumat verib. Şagirdlərin nəzərinə çatdırılıb ki, kosmos ilk dəfə 1961- ci ilin bu günündə Yuri Qaqarin tərəfindən fəth edilib. Tədbirdə şagirdlərin apardıqları araşdırmalar, təqdimatlar böyük maraqla izlənilib. Dünyada ilk qadın- kosmonavt Valentina Tereşkova haqqında hazırlanmış videoçarx maraqla izlənilib. Sonda təqdimatlar nümayiş etdirilib,mövzuya uyğun ensiklopediyalar oxucalara təqdim edilib.