Pul nişanları

    Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən əhalinin maliyyə savadlılığının artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində milli pul nişanları ilə bağlı məlumatlılığın artırılması və Mərkəzi Bankın hazırladığı elektron resursların əhali arasında təşviq olunması həyata keçirilir.Bu istiqamətdə növbəti təşəbbüs aprel ayının 10-da məktəbdə müəllim və şagird heyəti üçün tədbir keçirilməsi oldu. Tədbirdə Mərkəzi Bankın Bazar davranışlarının tənzimlənməsi departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin əməkdaşı Leyla Talıbova iştirakçılara maliyyə savadlılığının əhəmiyyəti haqqında məlumat verib. O, həmçinin Mərkəzi Bankın maliyyə məlumatlılığını təşviq edən elektron resursları olan “Maliyyə savadlılığı” portalı (www.bizimpullar.az) və “Virtual Təhsil Platforması” (edu.e-cbar.az) barədə də danışıb.

    Daha sonra Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin əməkdaşı Həmidə Musayeva tərəfindən milli pul nişanları, onların mühafizə elementləri, eləcə də tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi qaydalarına dair interaktiv seminar təşkil olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi