Şagirdlərimizin uğuru hər zaman sevindirir

    Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində 5-6 aprel tarixlərində "GRAND PRİX" 2025 beynəlxalq turnir keçirilib. Möhtəşəm yarışda 14 ölkədən 1000-ə yaxın karateçi iştirak edib. Bu yarışda iştirak edən məktəbin 8_E sinif şagirdi  Şərifzadə Uğur Dilqəm oğlu 57 kq çəki dərəcəsində qızıl medal və 3_Ə sinif şagirdi Şərifzadə Fateh Dilqəm oğlu 30 kq çəki dərəcəsində isə Gümüş medal qazanmışdır. Şagirdlərimiz nəinki məşğul olduqları idman növü üzrə hətta təlim-tərbiyələri ilə də nümunəvi şagirdlərdəndirlər. Qazandıqları nailiyyətlərinə görə hər iki şagirdimizi ürəkdən təbrik edirik və yeni uğurlar arzulayırıq.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi