Şəhid məzunların ailə üzvləri ziyarət edildi

    Novruz bayramı ərəfəsində məktəbin şəhid məzunlarının ailə üzvləri ziyarət edildi.Məktəbimizin I və II Qarabağ müharibəsində ümumilikdə 11 məzunu şəhid olmuşdur. Ziyarətin məqsədi Şəhid ailələrinin dərin kədərini paylaşmaq, şəhidlərimizin xatirəsini yad etmək və onlara dövlətin, cəmiyyətin dəstəyini göstərməkdən ibarətdir. Görüş zamanı tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır.

    Şəhidlərin ailə üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlıqlarını bildirmişdirlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi