Yurdumuza bahar gəlir

    Məktəbdə ölkəmizin milli bayramı olan Novruz bayramı münasibətilə "Yurdumuza bahar gəlir!" adlı tədbir keçirildi. Məktəbin direktoru Sevinc Hüseynova tədbiri açıq elan etdi və hər kəsin İlaxır çərşənbəsini təbrik etdi. Tədbirdə xalqımızın qədim adət -ənənələri həyata keçirildi. 2-8-ci siniflərin hazırladıqları guşələr hamının marağına səbəb oldu.Daha sonra Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb, məclisə xoş abu-hava bəxş etdilər. Şagirdlərin “Fincan-fincan”, “Kos-kosa” və digər bu kimi Novruzla bağlı səhnəcikləri də tamaşaçılara xoş təsir bağışlayıb.Şagirdlərin bayram sevinci həvəslə qurduqları səhnəciklərdən, ifa etdikləri şeir və rəqslərdən açıq hiss olunurdu. Məktəbin musiqili qonaqlarının ifasında səslənən musiqilər bayram şənliyinə rəngarənglik qatdı.Daha sonra "Dədə Qorqud"un iştirakı ilə bayram tonqalı yandırıldı.

#Dəyərlərimiziqoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi