"Ən sürətli şagird"qaçış yarışı

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə idman həftəsi layihəsi davam etdirilir. Bu məqsədlə fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə məktəbimizin 8-ci sinif şagirdləri arasında "Ən sürətli şagird" yarışı keçirilib. Şagirdlər müəyyən edilmiş məsafələrdə qaçaraq bir-biriləri ilə yarışmışlar. Yarış şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb etmişdir.