"Sifət" mövzusunda nümunəvi dərs

    "Sifət. Əlamət və keyfiyyət bildirən sifətlər" mövzusunda nümunəvi dərs keçirilib. Məktəbin Fəaliyyət planına uyğun olaraq Azərbaycan dili fənni üzrə "Sifət" mövzusunda Səttarlı Nigar tərəfindən nümunəvi dərs tədris edilib. Məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Nümunəvi dərsdə fəal təlim metodlarından, qruplarla, kollektivlə iş formalarından, müxtəlif iş üsullardan istifadə olunub. Şagirdlər verilmiş tapşırıqlar əsasında öz fikirlərini işçi vərəqlərində qeyd ediblər. Qrupların təqdimatı dinlənilib və müzakirə olunub. Dərsdə şagirdlərin fəallığı və sinifdə müəllim-şagird münasibətlərində demokratiklik təmin olunub. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən qiymətləndirmə aparılıb. Müşahidəçi qismində dərsdə iştirak edən məktəb rəhbərliyi və müəllimlər dərs barədə fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi