Səhər gimnastikası

5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.
Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.
Məktəbdə də İdman həftəsində bir sıra idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Səhər gimnastikası bunlardan ən öndə gedənidir. Çünki gimnastika ilboyu məktəbdə təşkil edilir.İdman müəllimləri, fənn müəllimləri tərəfindən ilk dərsdə 5 dəqiqəlik səhər gimnastikası keçirilir ki, bu da şagirdlərin günboyu aktiv qalmasına köməklik göstərir.