Yuxarı sinif şagirdləri arasında qol güləşi keçirildi

"5 Mart- Bədən tərbiyəsi və İdman günü" ilə bağlı keçirilən tədbirlərə uyğun olaraq məktəbin yuxarı sinif (IX-XI ) şagirdləri arasında Qol güləşi üzrə birincilik uğrunda mübarizə aparılıb. Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, qol güləşinə olan marağın daha da artırılmasından ibarətdir.