Şagirdlər üçün Fövqəladə hallarla əlaqədar təlim keçirildi

Şagirdlər üçün Fövqəladə hallarla əlaqədar keçirilən təlimin əsas məqsədi fövqəladə hallar zamanı onlara təhlükəsiz davranış qaydalarını öyrətmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaqdır. Tədbir zamanı şagirdlərə yanğın, zəlzələ, sel və digər təbii və texnogen hadisələr zamanı necə davranmalı olduqları ətraflı izah edilib. Onlara ilkin tibbi yardım göstərmək, təhlükəli vəziyyətlərdə təmkinli və düzgün qərar vermək, fövqəladə hallar zamanı təxliyə qaydalarına əməl etmək kimi vacib bacarıqlar aşılanıb.Qeyd edək ki, belə tədbirlər məktəblilərin həyati bacarıqlarını artırmaqla yanaşı, onların təhlükəsizliyini təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.