Kitabxanada Xocalı şəhidləri yad edildi

Məktəbin kitabxanasında Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şagirdlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərini işğal edərkən, dinc əhaliyə qarşı törədilən faciə haqqında ətraflı çıxış etdilər. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun, qəhrəman oğullarımızın ermənilərdən Xocalı şəhidlərinin qisasını aldıqlarını, onların qanının yerdə qalmadığını xüsusi vurğuladılar.