"Qisasın alındı,əziz Xocalı"

Məktəbdə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Qisasın alındı, Xocalı"adlı tədbir keçirildi. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şagirdlər Xocalı faciəsi haqqında məlumat verərək qeyd etdilər ki, təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer alan bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdır. Yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut etdi.Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla həyata keçirilmişdir. Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompozisiya və şerlər nümayiş olundu, Xocalı soyqrımına aid videoçarx göstərildi. Məktəbin direktoru Sevinc Hüseynova tədbirin sonunda Xocalı soyqırımı haqqında məlumat verərək qeyd etdi ki,Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı Soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kompaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Artıq Xocalı faciəsini məyusluqla yad etmirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı .Böyük Zəfərimizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı.