Beynəlxalq Ana dili günü

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur. Ana dili müəllimi Cəmilə Rüstəmovanın hazırladığı tədbir bu günə həsr olunmuşdu. Şagirdlərin gözəl, maraqlı çıxışları Azərbaycan dilinin zənginliyini bir daha sübut etdi. Aparıcılar bildirdilər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi