V-IX siniflərdə valideyn iclasları keçirilir

Məktəbimizdə valideyn-məktəb münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirici işin təşkili, təhsil prosesində valideynlərin cəlb edilməsi məqsədilə rəhbərliyin təşkilatçılığı ilə V-IX siniflərdə valideyn iclasları keçirilib. İclaslarda şagirdlərin dərsə davamiyyəti, vahid məktəbli forması, I yarımil qiymətləndirmələrin nəticələri, şagirdlərin hüquq və vəzifələri haqqında valideynlərlə söhbət və s.kimi məsələlər müzakirə edilib və sonda valideynlərin sualları cavablandırılıb.