"Ana dili günü" kitabxanada qeyd edildi

    Dil bəşəriyyətin ən böyük nailiyyətidir desək, yanılmarıq. Hər bir insan öz  ana dilini yaxşı bilməli və onu qorumalıdır. 21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur. Bu gün kitabxanamızda Azərbaycan dilinin dünyanın qədim dil ailəsinə-türk dili qrupuna aid olduğu vurğulandı. Kitabxana müdiri Bənövşə Ağayeva ana dilinin insanın mənəvi aləminin  zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm əhəmiyyət daşıdığını vurğuladı. Sonda  VI_b sinif şagirdləri ana dilinə həsr olunmuş şeirlər söylədilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi