Nümunəvi dərslərin keçirilməsinə start verilib

Məktəbimizdə hər ay müxtəlif fənn aylıqları keçirilir. Fevral ayı məktəbimizdə "Tədris dili və ədəbiyyatı" aylığı elan olunub. Aylığın tədbirlər planına uyğun olaraq nümunəvi dərslərin keçirilməsinə start verilib. Nümunəvi dərslərlə bərabər , bütün fənn müəllimlərinin dərsləri məktəb müdiriyyətinin yaratdığı komissya və metodbirləşmə sədri tərəfindən dinlənilir. 13 fevral 2025-ci il tarixində 5 ə sinfində rus dili və ədəbiyyatı müəllimi Aytən Mahmudovanın keçirdiyi "«Хлеб-есть труд»" mövzusunda nümunəvi dərsi dinlənildi və qənaətbəxş hesab edildi.