Kitab bağışlama günü

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.
Fevralın 14-də kitabxana müdiri Ağayeva Bənövşənin təşkilatçılığı ilə ibtidai sinif müəllimi Aytac Əliyevanın III C sinfində "Beynəlxalq Kitab Bağışlama Günü" keçirildi. Görüşdə şagirdlər biri-birilərinə böyük həvəslə kitablar hədiyyə etdilər. Bu təşəbbüs şagirdlərdə kitab oxumağa böyük maraq və sevgi yaradıb.