"Sənə Zəfər yaraşır,Azərbaycan!"
Məktəbin Tədbirlər Planına müvafiq olaraq noyabrın 6– da məktəbin ibtidai sinif müəllimi Süsən Mahmudovanın rəhbərliyi ilə 4d sinif şagirdləri “Sənə Zəfər yaraşır Azərbaycan!” adlı tədbir hazırladılar. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 44 günlük İkinci Qarabağ müharibəsindəki şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbir şagirdlərin hazırladıqları “44 günlük Şanlı Zəfərimiz!” adlı kompozisiya, “Qarabağı azad etdik!”, “Əsgər marşı”,"Şuşanın dağları" adlı rəqslər, vətənpərvərlik mövzusunda şeirlərlə, səhnəciklə davam etdirildi. Sonda məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış tarixi ədalətin bərpa edildiyi zəfər günüdür. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün ərzində davam edən İkinci Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq! Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. 8 Noyabr 2020 – ci il Bu tarixi qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və Ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü söylədi."Sənə Zəfər yaraşır,Azərbaycan" tədbiri iştirakçılar tərəfindən alışlarla qarşılandı.