1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi

    Məktəbdə təşkil olunan tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verildi. Bildirildi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Azərbaycanda hər zaman uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyünü vurğulayan məktəbin direktoru Məlahət Əliyeva, eyni zamanda Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından da danışdı.Qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsinə göstərdiyi qayğı və diqqət dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Eyni zamanda şagirdlər rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi