31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü

29 dekabr 2016-cı il tarixində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Kosayeva Mehriban 5ç sinif şagirdlərinin iştirakı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.Şagirdlər bu bayramın yaranması tarixindən, ulu öndər Heydər Əliyevin bu yolda əvəzsiz xidmətlərindən, xalqımızın və torpaqlarımızın parçalanmasından, şairlərimizin və yazıçılarımızın cənub həsrəti mövzusunda yazdıqları əsərlərdən nümunələr söylədilər.Tədbirdə maraqlı, yaddaqalan hissələrdən biri də dahi şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri ilə bütün dünyada yaşayan azərbaycanlıların birliyə, həmrəyliyə çağırılması oldu.Şagirdlər Azərbaycan dövlətinin bu gün etibarlı əllərdə olduğunu fəxrlə qeyd etdilər və prezidentimiz İlham Əliyevə bu yolda uğurlar arzuladılar. Xalqımızı, bütün dünyada yaşayan azərbaycanlıları “Həmrəylik günü və Yeni il bayramı” münasibəti ilə ürəkdən təbrik etdilər. Tədbirin sonunda şagirdlərimiz yer üzündə yaşayan bütün insanlara sülh, əminamanlıq, dostluq arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi