Böyük zəfərin başlanğıcı

Aprel döyüşləri hər şeydən əvvəl dövlətimizin, xalqımızın birliyini, ordumuzun peşəkarlığını göstərdi. Aprel döyüşləri həm də 44 gün davam edən İkinci Qarabağ müharibəsində böyük Zəfərə aparan yolda bizim bələdçimiz oldu. Məhz bu bələdçimiz sayəsində Azərbaycan işğal altında olan ərazilərinə yenidən qovuşdu.

Bu gün məktəbimizin tarix müəllimi Aqiyə Zayidova tədris etdiyi 9d sinfində dərsini Aprel dōyuşlərinə həsr edib.

Dərsdə Azərbaycan ordusunun göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb , Vətənin azadlığı uğrunda şəhid olmuş əsgərlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Aprel döyüşlərinə həsr olunmuş videoslayd təqdim edilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi