Qələbəmizin qəhrəmanları ilə qürur duyuruq!

Məktəbimizin rus dili müəllimi Həcər Xəlilovanın rəhbərlik etdiyi 5ə sinif şagirdləri 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən bəhs edilmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanmışdır.

Şagirdlər maraqla qarşıladıqları Vətən müharibəsi iştirakçılarına suallar vermiş və onların çıxışlarını diqqətlə izləmişlər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi