Milli adət və ənənələrimizi qoruyaq

Hər çərşənbənin özünəməxsus adət-ənənəsi var.

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.

Bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.

Məktəbimizin ibtidai sinif müəlimi Məhin Xəlilova rəhbərlik etdiyi  0ç sinfində keçirdiyi təşkilat saatını “Milli adət və ənənələrimizi qoruyaq ” mövzusuna həsr edib.

Tədbirdə şagirdlərə xalqımızın milli adət - ənənələrindən söhbət açılıb, Novruzun atributları və çərşənbələri barədə məlumatlar verilib, Yel çərşənbəsinin gəlişi qeyd edilib.

 Çərşənbələrin qeyd edilməsində məqsəd şagirdlərin milli adət-ənənələr ilə bağlı məlumatlandırılması və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından ibarətdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi