Fəxri fərman və Təşəkkürnamə ilə mükafatlandılar

       Məktəbimizdə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəbin direktoru Nəriman Mürsəliyev, YAP Qaradağ rayon təşkilatı Aparatının əməkdaşları, YAP üzvü olan müəllimlər və valideynlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, 83 saylı ərazi partiya təşkilatının sədri Nəriman Mürsəliyev 31 il əvvəl təsis edilmiş YAP Qaradağ rayon təşkilatının keçdiyi şərəfli yol haqqında danışıb. O, bütün ölkə ərazisində olduğu kimi, Qaradağ rayonunda da partiyanın tarixi zərurətdən yarandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.

      Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasını Ulu öndər Heydər Əliyevin xalqımıza verdiyi mühüm əhəmiyyətli töhfələrdən biri kimi yüksək qiymətləndirib. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edib.

     Qaradağ rayonunun ictimai-siyasi həyatında və 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində fəal iştirak edənlər: Nəriman Mürsəliyev, Fəxrəddin Hüseynov, Fəridə Ağayeva "Fəxri fərman"la, Sevil Əzizova və Nazilə Qarayeva "Təşəkkürnamə" ilə mükafatlandırılıb.

 

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi