İdman həftəsi

1 – 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmrinə əsasən ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də idman həftəsi keçirilir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilməsi nəzərdə tutulur.

Məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Fiziki tərbiyə müəllimləri Ceyhun Ələsgərli və Emin Cəfərli şagirdlər arasında futbol üzrə yoldaşlıq görüşü keçirib.

Sonra isə idmanın müxtəlif növləri üzrə qalib gələn idmançılarla maarifləndirici söhbətlər aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi