Xocalı soyqırımı - qan yaddaşımız!

Azərbaycan Ordusunun 2020-2023-cü illərdə apardığı əməliyyatlar zamanı bir çox Xocalı cəlladı məhv edildi, ədalət öz yerini tapdı. Ən əsası, Xocalı şəhəri azad edilərək 32 illik işğaldan sonra yenidən Azərbaycana qovuşdu.

Bu uğur, Xocalı cəlladlarının cəzalanması, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun və Azərbaycan Xalqının birgə qələbəsi və ədalətin təntənəsidir.

Bu il Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar məktəbimizdə təşkil edilən tədbirdə məktəb kollektivi, şagirdlər və qonaqlar iştirak edib.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Şagirdlər tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumatlar təqdim edib, səhnəciklər nümayiş etdirib, şeirlər sōyləyiblər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi