Dilimizi sevmək və qorumaq hər birimizin borcudur!

 Dil hər bir millətin ,dövlətin maddi və mənəvi irsini qoruyan , inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

21 - fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Məktəbimizin kitabxanasında silsilə tədbirlər sırasında bu gün - "Ana dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur"- başlığı altında tədbir keçirilib.

Kitabxanaçı Ənsurə Xələfovanın və Azərbaycan dili müəllimi Samirə Cahangirovanîn təşkilatçılığı ilə təşkil edilən tədbirdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

7z sinif şagirdləri ilə bərabər tədbirdə məktəbimizin müəllimləri Gülşən Qasımova və Afaq Həmidova da iştirak edib.

Şagirdlər ana dilimizə həsr edilən təqdimatlar təqdim edib, şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi