Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il qeyd edilib

Yeni il - yeni arzular, yeni əməllər, yeni-yeni uğurlar deməkdir. Yola salmağa hazırlaşdığımız 2023-cü ilin son günləri, son xəzanları budaqlardan asılıb qalmış yarpaqlar kimidir.

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

29.12.2022- ci il tarixində məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, bir qrup müəllim heyəti və şagirdlər iştirak edib.

Tədbir iştirakçıları bayram münasibətilə təbrik edilib , şagirdlərin ifasında musiqilər , şeirlər , rəqslər ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi