Aləmdə səsim var mənim

Şagirdlərin dünya görüşünün, intelektual səviyyəsinin formalaşmasında bədii ədəbiyyatın rolu böyükdür. Rəqəmsallaşan dünyada texnologiyanın həyatımızın bir hissəsinə çevrildiyi bir dövrdə uşaqlarda bədii ədəbiyyata maraq , sevgi aşılamaq o qədər də asan deyil.

Məktəbimizin kitabxanaçısı Ənsurə Xələfova da bu baxımdan əlindən gələni əsirgəmir.

Kitabxanada keçirilən silsilə tədbirlər , yaradıcılıq gecələri, dəyirmi masalar, oxu müsabiqələri, ədəbi-bədii kompazisiyalar şagirdlərdə ədəbiyyata olan həvəsi oyadır.

Belə tədbirlərdən biri də məktəbin kitabxanasında 7c sinif şagirdlərinin iştirakı ilə keçirilən görkəmli yazıçı , ictimai xadim, professor, Filologiya Elmləri doktoru Əzizə Cəfərzadənin yaradıcılığına , bədii irsinin tanıdılmasına həsr olunmuş tədbirdir.

Tədbiri giriş sözü ilə açan kitabxanaçı Ənsurə Xələfova tədbirin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumatlar verib, ədəbiyyat müəllimi Nərminə Əliyeva isə yazıçının əsərləri haqqında maraqlı fikirlər söyləyib.

Şagirdlərin Əzizə Cəfərzadənin yaradıcılığı barədə hazırladıqları təqdimatlar tədbir iştirakçılarının marağına səbəb olub.

Azərbaycan ədəbiyyatına "Aləmdə səsim var mənim" ,"Eldən elə" , "Bir səsin faciəsi" və s. kimi əsərlər bəxş etmiş yazıçının sənət nümunələri bu gün də öz aktivliyini qoruyub saxlayıb.

Tədbirdə ifadəli oxu bacarığına malik şagirdlər əsərlərdən parçalar oxuyub, müzakirələr aparıblar.

Sonda öz təəssüratlarını bölüşən iştirakçılar Əzizə Cəfərzadənin digər əsərlərini oxumaq məqsədlə kitabxanaya müraciət ediblər.

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi