Anım Günü keçirilib

12 Dekabr - Müasir Azərbaycan dövlətinin memarı , qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Həyatını xalqının rifahına, Azərbaycanın inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətəninə hədsiz sevgisi, xalqı və dövləti üçün atdığı cəsarətli addımları hər birimiz üçün örnəkdir.

12 dekabr - Anım günü ilə əlaqədar məktəbimizdə Ulu öndərin əziz xatirəsinə həsr edilmiş tədbir təşkil edilib .

Tədbirdə məktəbimizin direktor müavinləri , bir qrup müəllim heyəti və şagirdlər iştirak edib.

Şagirdlər Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, müstəqil Azərbaycanın taleyində əvəzsiz xidmətləri barədə məlumatlar verib, şeirlər söyləyiblər.

Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş videoslayd nümayiş olunub.

Ömür yolu Vətənə, xalqa xidmət nümunəsi olan dahi şəxsiyyət, əbədiyaşar lider, xatirəniz qəlbimizdə əbədi yaşayacaq!

 

 

 

 

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi