Inkişafetdirici oyunlar keçirilib

Məktəbin Fəaliyyət Planına uyğun olaraq məktəbin psixoloqu Zümrüd Hacıyeva məktəbəqədər hazırlıq qruplarının şagirdləri ilə inkişafetdirici oyunlar keçirib.

Məqsəd məktəbəqədər hazırlıq qruplarındakı şagirdlərin psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Belə ki, məktəbəqədər dövrdə uşaqların hərəkətliliyi artır, onlarda məntiqi - mücərrəd təvəkkürun əsası qoyulur. Ona görə də şagirdlərin mənəviyyatının formalaşması, sosiallaşması üçün oyunlardan geniş istifadə edilir. Şagirdlər oyunlar vasitəsilə qaydalara əməl etməyi öyrənir, onların görmə itiliyi yaxşılaşır, göz yaddaşı inkişaf edir, daha çox söz yadda saxlayırlar. Oyun sırası onlar həm əylənir, həm də öyrənirlər. Həmçinin, məşğələlərdə də uşaqların motorikasının inkişafına da önəm verilmiş olur.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi