Ekskursiya təşkil edilib
Məktəbimizin rus dili müəllimi Həcər Xəlilova rəhbərlik etdiyi 5ə sinif şagirdlərilə birgə İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu , Qız qalası, Şirvansahlar Saray Kompleksi Dövlət Tarix - Memarlıq qoruq-muzeyi və Miniatur Kitab muzeyinə ekskursiya təşkil edib.
Ekskursiyanın təşkil olunmasında məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərdə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tariximiz, abidələrimiz haqqında informasiyalar çatdırmaqdan ibarətdir.