Narkomaniya və onunla mübarizə aparmağın yolları

Məktəbin Fəaliyyət planına uyğun olaraq psixoloq İsmayıllı Nərgiz "Narkomaniya ilə mübarizə" mövzusunda şagirdlərlə maarifləndirici seminar keçirib.

Seminarda Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Südabə Mədətova və UBTR Jalə Əhmədova da iştirak edib, mövzu ilə bağlı fikirlərini bildirib.

Şagirdlərə narkomaniyadan qorunmağın yolları , sağlam həyat tərzi , risk qrupu yaradan amillər barədə ətraflı məlumatlar verilib. Mövzu ilə bağlı şagirdlərlə diskusiya aparılıb, narkomaniyadan qorunmaq üçün "Müdafiə qalxanı" formalaşdırılıb.

Narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərərək asılılıq yaradan maddələrə deyilir. Narkotik maddə istifadəsi şəxsin orqanizminə , emosional sferasına, davranış və münasibətlərinə mənfi yöndə təsir edərək onun məhvinə səbəb olur. Narkotik maddərdən qorunmağın ən yaxşı yolu bu tələyə düşməmək və ondan istifadə etməməkdir.

 

 

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi