Azərbaycan arenalarının Qarışıq döyüş növü üzrə keçirilən yarışlarında uğurlu qələbələr qazanaraq layiqli təmsil etdiyinə görə 2017- ci ilin ən yaxşı idmançısı, 2019 - cu ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində Qarışıq döyüş növləri üzrə keçirilən Dünya kubokunun qalibi , 274 nömrəli tam orta məktəbin 11r sinif şagirdi Nurlan Abdullayev bu dəfə də Bakı şəhərində WORLD ASED FIGHTING CONFEDERATION təşkil etdiyi Qarışıq döyüş növləri üzrə Beynəlxalq Festivalın qalibi olaraq I yerə layiq görülüb, kubok və medalla təltif olunub.
Şagirdimizi məktəbin direktoru Səfa Xəlov, direktor müavinləri Fəxrəddin Hüseynov və Oksana Cəlilova təbrik edərək , növbəti yarışlarda da hər zaman qələbə qazanmağını arzu etdilər.