Pedoqoji şura iclası keçirildi

Fevral ayının 1-də Pedaqoji Şuranın növbəti iclası keçirildi.İclasda iş planına uyğun olaraq I yarımilin yekunlarına dair görülmüş işlərin hesabatı və II yarımildə qarşıda duran vəzifələr iclas iştirakçılarının diqqətinə çatdırıldı.Hesabatdan sonra təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, keçirilmiş monitorinqlərin nəticələri haqqında müzakirələr aparıldı, müəllimlərə müəyyən tövsiyələr verildi.IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq müzakirə olundu.Daha sonra pedaqoji heyət Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumtəhsil müəssisələrində təhlükəsizliklə bağlı təlimat məktubu ilə tanış edildi.Təlimatdan irəli gələn aşağıda göstərilən tələb və tövsiyələr onların nəzərinə çatdırıldı.

1)Təhsilalanlar arasında  risk qrupuna daxil olanların müəyyənləşdirilməsi

2) Məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi

3)Təhlükəsizliyi təmin etmək üçün nəzarətin, növbətçiliyin , şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin daha da artırılması

4) Müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi

5 ) Valideynlərlə iş sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işə nəzarətin artırılması

6) Etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması

7) Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət  edilməsinə dair tədbirlərin keçirilməsi

02.02.2024-cü il tarixində valideyn iclaslarının keçirilməsi qərara alındı və sinif rəhbərlərinə çatdırıldı ki, valideynlər övladlarının təhlükəsizliyi barədə maarifləndirilsin və onların məktəblə əməkdaşlığı gücləndirilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi