Zəfərin mübarək ,Vətən!

6 noyabr tarixində məktəbimizdə  müəllimlərin ,şəhid atalarının,44 günlük vətən müharibəsi qazilərinin, valideynlərin və şagirdlərin iştirakı ilə 8 noyabr Zəfər Günü münasibətilə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirildi.

Tədbir Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı.

Bayram tədbirini giriş sözü ilə məktəbin təşkilatçısı Leyla Kərimova açaraq Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və ölkə başçısının qətiyyəti sayəsində əldə etdiyimiz misilsiz qələbəni tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğuladı. Şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti haqqında məlumat verdi.

 Tədbir məktəblilərin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam etdi. Əsgər formalarında , Xarıbülbül libasında olan məktəblilər əllərində ay-ulduzlu bayrağımız və rayonlarımızın qələbə tarixlərini əks etdirən posterlərlə Vətən, torpaq, zəfər təntənəsi ilə bağlı şeirlər səsləndirdi., “Əziz Şuşa, sən azadsan” adlı ədəbi-bədii kompozisiya və qəhrəmanlıq nəğmələri tədbirə xüsusi rəng qatdı.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi