20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar məktəbimizin tarix müəllimi Əmirov Aydın rus bölməsinin 5-ci sinif şagirdləri ilə "20 yanvar sınağı:Azərbaycançılıq nümunəsi" mövzusunda dəyirmi masa keçirdi.Şagirdlər mövzu ətrafında öz fikirlərini bildirərək çox fəal iştirak etdilər.Məktəbin ibtidai sinif şagirdləri tərəfindən "20 Yanvar-Azadlığa gedən yolun zirvəsi " mövzusunda ədəbi-bədii kompozisiya hazırlandı.Məktəbin foyesində şagirdlərin "Qanlı şənbə gecəsi rənglərin dilində" mövzusuna həsr etdikləri rəsmlərin sərgisi təşkil edildi.9-cu sinif şagirdləri arasında "Vətən şəhidləri ilə ucalır" mövzusunda inşa yazı müsabiqəsi təşkil olundu.Müsabiqədə 9a sinif şagirdləri fərqləndi.Məktəbin işçi və şagird heyətinin qruplarla Sahil qəsəbəsindəki Şəhidlər abidəsi kompleksinə və Şəhidlər xiyabanına ziyarəti təşkil edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi