"Dəyərlərimizi qoruyaq!"

 

BŞTİ-nin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı təsdiq etdiyi Tədbirlər Planının 2.1 bəndinə əsasən 14 mart tarixində bir sıra siniflərdə təşkilat saatları Novruz bayramına həsr olundu.

Məktəbimizdə keçirilən tədbirdə milli-mənəvi dəyərlərimizin, Novruz adət-ənənələrinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Şagirdlər xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixindən, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyətindən,Novruz atributlarından bəhs edildi.Onlar bildiriblər ki,bu bayram təkcə bizim deyil, ümumilikdə türk xalqlarının mənəvi dəyəri hesab edilir.

Sonra şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib,şeirlər səsləndirdilər.Şagirdlərin ifasında milli rəqslər,xalq oyunları tədbirə xüsusi rəngarənglik qatdı.

Tədbirdə iştirak edən məktəb rəhbərliyi də uşaqların sevincinə şərik oldu.Direktor Zemfira Abdullayeva şagirdləri Novruz bayramı münasibətilə təbrik etdi.O qeyd etdi ki,bu gün Novruz tonqalları həm də işğaldan azad olunmuş torpaqlarımızda alovlandırılır,artıq Novruz sevincinə Zəfər sevincimiz də qatılıb.Direktor,həmçinin şagirdlərə milli-mənəvi dəyərlərimizi qorumağı,tariximizi öyrənməyi,adət-ənənələrimizi,dəyərlərimizi gələcək nəsillərə ötürməyi tövsiyə etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi